Hərbi Akademiyada məzunların buraxılış mərasimi keçirilib
25 iyun 2015 19:37 (UTC +04:00)

Hərbi Akademiyada məzunların buraxılış mərasimi keçirilib

 

 

Silahlı Qüvvələrin Hərbi Akademiyasında akademiyanın məzunlarının növbəti buraxılış mərasimi keçirilib.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, mərasimin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra mərhum prezident Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Buraxılış mərasimində Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdıraraq geniş məruzə ilə çıxış edib.

 

Sonra general-leytenant H.Piriyev və polkovnik Murad Həmidov tərəfindən məzunlara diplomlar və döş nişanları təqdim olunub.

 

Tədbirin sonunda Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu və Əməliyyat-taktiki fakültəsini yüksək nəticələrlə bitirmiş dinləyicilər akademiyanın yaş kötüyünə xatirə lövhəsini vurublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar