Hərbçilərimiz "Xəzər kuboku - 2016" yarışlarının açılış mərasimində
01 avqust 2016 11:34 (UTC +04:00)

Hərbçilərimiz "Xəzər kuboku - 2016" yarışlarının açılış mərasimində

İyulun 31-də Dağıstanın Kaspiysk şəhərində suüstü gəmi heyətlərinin "Xəzər kuboku - 2016" beynəlxalq hərbi-dəniz müsabiqəsinə start verilib. Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Qazaxıstan və Rusiyadan olan komandaların heyətində ümumilikdə 130 nəfər iştirak edir.

 

Qeyd edək ki, "Xəzər kuboku - 2016" üç mərhələdən ibarətdir. Bunlar gəmi silahının təyinatı üzrə istifadəsi, sağqalma uğrunda mübarizə, eləcə də dəniz vərdişləri və xilasetmə hazırlığı üzrə yarışlardır.

 

Müsabiqənin qalibləri avqustun 11-də müəyyən olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 87
avatar

Oxşar yazılar