Həbsxanaya telefon keçirmək istəyən qadınlar yaxalandı
09 oktyabr 2014 17:55 (UTC +04:00)

Həbsxanaya telefon keçirmək istəyən qadınlar yaxalandı

Həbsxanaya qadağan olunmuş əşya keçirilməsinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, hadisə Bakı İstintaq Təcridxanasında baş verib. Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 126.3 maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Zaur Adil oğlu Abdullayevin yanına qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini İradə Böyükağa qızı Abdullayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş, daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Bundan əlavə, Bakı İstintaq Təcridxanasında saxlanılan və Cinayət Məcəlləsinin 221.3 və 228.1 maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Zaur Tapdıq oğlu Paşayevin yanına qısamüddətli görüşə gəlmiş anası Sumqayıt şəhər sakini Rahilə Əmikişi qızı Paşayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd “Cordless Phone” markalı telefon aparatı aşkar edilərək götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar