Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb. Lent.az-ın Xidmədin saytına istinadən verdiyi məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 177.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mustafa Həmzət oğlu Hacıyevin yanına qısamüddətli görüşə gəlmiş oğlu Elvin Mustafa oğlu Hacıyevin üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman onun gətirdiyi sovqatın içərisindən bir ədəd “Qax" suyu qabına gizli yolla doldurulmuş spirtli içki – araq aşkar edilərək götürülüb.
Hazırda fakt üzrə araşdırma aparılır.