<b><span style="color:red;">"Başdan xarabdır, çoxlu arvadı var"  - Hamilə arvadını öldürənin qonşusu</b>
18 avqust 2016 12:10 (UTC +04:00)

"Başdan xarabdır, çoxlu arvadı var" - Hamilə arvadını öldürənin qonşusu

Bakı sakini qeyri-rəsmi birgə yaşadığı qadının itkin düşməsi barədə polisə məlumat verib.  APA TV-nin məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb. Araşdırmalar nəticəsində qadının evdən heç yana getmədiyi  əməliyyatçılara məlum  olub. 

 

İdarəyə dəvət olunan  qəsəbə sakini 37 yaşlı polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsini bir daha təkrarlayıb.  Təkrar suallardan yayınan Altay Həsənov  bir neçə saat dindirildikdən sonra törətdiyi cinayət əməlini boynuna alıb: "Dənizdən gəlmişdik , oturmuşduq evdə, telefonuna zəng gəldi, əmisi oğlu idi. Dedi niyə gəlmirsən? Mən acıqlandım, sonra dəstəyi götürüb özüm danışdım əmisi oğlu ilə. Sakit şəkildə danışdıq, amma dəstəyi qoyandan sonra əsəbiləşdim bir-iki dənə vurdum ona. Evin yanında, hamam tərəfdə dəmir boru var idi. Götürüb onunla vurdum".

 

Yerdə qan içində qalan qadın evə keçən Altay Həsənovu köməyə çağırır. Qadının yanına gələn Altay Yasəmənin qan itirdiyini görsə də, təcili tibbi yardıma zəng etmir.  Dediyinə görə, həkimlərin dərhal polisə xəbər verəcəyini bilirmiş: "Oturdum yanında, sinəsinə su vurdum. Gördüm səsi gəlmir. Səhər açılırdı.  Şokda idim. Apardım həyətdəki anbara. Bükdüm, ora qoydum".

 

Lent.az-ın (Region TV)-yə istinadən məlumatına görə, qətli törədən Altay Həsənovun qonşusu Kamal Mirzəyev Altayın manyak olduğunu deyib: “Manyak idi bu adam. Başdan xarab idi. Arvadlarının sayı-hesabı yox idi. Gərək kalkulyatorla hesablayasan". 

 

 

Evin həyətindəki anbarda basdırılan Yasəmən Novruzovanın meyiti eksqumasiya olunaraq ərazidən çıxarılıb. Qadının küt alətlə başına və bədənin müxtəlif nahiyələrinə dəyən zərbələr nəticəsində öldüyü  məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar