Ağcabədidə intihar hadisəsi baş verib. Lent.az-ın ans press saytına istinadən məlumatına görə, rayonun Minəxorlu kəndində yaşayan 1996-cı il təvəllüdlü Günay Nizami qızı Məmmədova özünü asaraq öldürüb. Sakinlərin sözlərinə əsasən qadın hamilə olub.
Ağcabədi rayon Prokurorluğundan bildiriblər ki, hadisə ötən gün saat 21:00 radələrində baş verib. Mərhumun meyiti həyətdəki tövlədə asılı aşkar olunub. İntiharın səbəbləri Ağcabədi rayon Prokurorluğunun araşdırmasından sonra məlum olacaq.
Qeyd edək ki, Günay Məmmədova 2013-cü ildə Ağcabədi sakini Elşad Fərzəliyevlə ailə qurub.
Azərbaycanda 18 yaşlı hamilə qadın özünü öldürdü
3623