Hacıqabulda məsciddə yanğın olub
15 iyul 2016 00:58 (UTC +04:00)

Hacıqabulda məsciddə yanğın olub

0

Hacıqabulun Atbulağ kəndində məscid yanıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, məscidin qəsdən yandırıldığı iddia edilir.

 

Yanğın  hadisəsi gecə yarısı qeydə alınıb. Naməlum səbəbdən alışan məsciddə pəncərə, xalça və dini kitablar yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin Hacıqabul yanğından mühafizə xidmətinin hadisə yerinə  cəlb olunan texnikası və canlı qüvvəsi yanğının genişlənməsinin qarşısını alıb. Yanğın lokallaşdırılıb. Yanğının hansı səbəbdən baş verməsi hüquq-mühafizə orqanları və yanğına nəzarət xidməti tərəfindən araşdırılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 375

Oxşar yazılar