Hacıqabulda bir qrup sakini aksiya keçirib
02 mart 2013 14:08 (UTC +04:00)

Hacıqabulda bir qrup sakini aksiya keçirib

Martın 2-də Hacıqabul rayonunun Qızılburun kəndinin bir qrup sakini aksiya keçirərək yaxınlıqdakı "İpək Yolu"nu bağlayıblar.

 

Aksiya barədə musavat.com-a məlumat verən kənd sakini Rəşad Eyvazov bildirib ki, sakinlərin yolu bağlamaqda məqsədi kəndin ortasından keçən “İpək Yolu”na dəmir ayrıcı lövhələrin quraşdırılmasıdır. Kənd sakini deyir ki, həmin dəmirlər yolu keçib evlərinə getməyə imkan vermir.

 

Aksiya ilə bağlı Hacıqabul Rayon Polis Şöbəsinin və Hacıqabul Rayon İcra Hakimiyyətinin əməkdaşları hadisə yerinə gəliblər. Rayon rəhbərliyi aksiya keçirən kənd sakinlərini sakitləşdirərək, onların nümayəndəsi ilə görüş keçirdikdən sonra aksiya iştirakçıları yolu açıblar.

 

Hacıqabul rayon icra hakimiyyəti başçısının birinci müavini Hacı Sahib Aslanov musavat.com-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı rayon rəhbərliyi “Azeryolservis”ASC-yə müraciət edib: “Biz həmin dövlət qurumundan tələb edəcəyik ki, yolda piyadalar üçün yeraltı və yerüstü keçid tiksin. Camaatla heç bir problemimiz yoxdur. Mən özüm şəxsən hadisə yerində idim. Onların şikayətini dinlədim və razılaşdıq ki, tez bir zamanda həmin yola piyada keçidinin tikilməsi ilə bağlı “Azeryolservis”ASC-yə müraciət edək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164
avatar

Oxşar yazılar