Daha bir ailə faicəsi: 2 nəfər öldü, 3 nəfər yaralandı - <span style="color:red;">YENİLƏNİB
07 oktyabr 2014 21:17 (UTC +04:00)

Daha bir ailə faicəsi: 2 nəfər öldü, 3 nəfər yaralandı - YENİLƏNİB

Bakı-Qazax yolunun 144-cü kilometrliyində baş vermiş yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub.

 

APA-nın yerli bürosunun verdiyi məlumata görə, “VAZ 2106”da olan şəxslər bir ailənin üzvləri olublar.

 

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Sabirabad rayon Kovlar kənd sakini, 1950-ci il təvəllüdlü Rəsulov Əliabbas Hasil oğlu və 2014-cü il təvəllüdlü Rəsulov Fehruz Hasil oğlu dünyasını dəyişib.

 

Sərnişinlər - 1961-ci il təvəllüdlü Rəsulova Sara Ağalar qızı, 2010-cu il təvəllüdlü Həmzəyev Əli Sadiq oğlu və 1983-cü il təvəllüdlü Həmzəyeva Xeyransa Fehruz qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

Hadisənin baş verməsinin ilkin səbəbi kimi minik avtomobilinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir. Qeyd edək ki, qəza nəticəsində “VAZ-2106” iki yerə parçalanıb.

 

***

17:59

Avtobusla toqquşan minik avtomobilində 2 nəfər ölüb

Bakı-Qazax yolunun 144-cü kilometrliyində ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, Hacıqabulun Qarasu kəndi ərazisində Ağstafa sakini Tural Əmrahovun idarə etdiyi 90-HA-646 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub.

 

Qəza nəticəsində “VAZ 2106”da olanlardan iki nəfər ölüb, ikisi ağır yaralanıb.

 

Xəsarət alan sərnişinlər Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

# 7616
avatar

Oxşar yazılar