Bakı şəhər sakini Samir Məxvirətinin yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilib. Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də Hacıqabul rayonu ərazisində Şakir Sətdarovun ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Samir Məxvirəti tərəfindən törədilməsi müəyyən edilib.