Gürcüstanlı kinoloqlar Bakıda təlimdə iştirak ediblər
22 fevral 2016 17:48 (UTC +04:00)

Gürcüstanlı kinoloqlar Bakıda təlimdə iştirak ediblər

0

Bu yaxınlarda Gürcüstan Respublikası Gəlirlər Xidmətinin Gömrük İdarəsinin üç kinoloq əməkdaşına Azərbaycan Respublikası Dövlət GömrükKomitəsinin Kinoloji Mərkəzinin bazasında keçirilən təlim kursu başa çatıb.

 

Lent.az komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki-üç ay ərzində davam edən bu təlim kursuna gürcüstanlı kinoloqlar iki xidməti itlə qatılıb və təlim narkotik vasitələrin axtarışı üzrə aparılıb.  

Sözügedən əməkdaşlara kursun sonunda Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin xüsusi sertifikatı verilib. Həmçinin Gürcüstan tərəfinə narkotik vasitələrin axtarışı üzrə əlavə olaraq iki xidməti axtarış iti hədiyyə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar