Gürcüstanda Azərbaycan vətəndaşı öldürülüb.
Qazax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 22-də səhər 09.00 radələrində Gürcüstanın Rustavi şəhərinin Yağlıca aşırımında qeydə alınıb.
Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Nəriman Babək oğlu Mustafayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Polisdən onu da bildiriblər ki, N.Mustafayev qonşu rayonlardan yığdığı manat əsginaslarını Gürcüstanda yaşayan azərbaycanlılara satmağa aparıbmış.
N.Mustafayev bu gün Qazaxda dəfn ediləcək.