Amerikada yaşayan güney azərbaycanlılardan ibarət bir qrup İran prezidenti Həsən Ruhaninin Amerikaya səfərinə etiraz olaraq, Nyu-Yorkda BMT-nin önündə etiraz aksiyası keçirib.
Lent.az-ın məlumatına görə,bu barədə Güney Azərbaycan Milli Oyanış Hərəkatı Facebook səhifəsində məlumat yayıb.
Aksiyada Güney Azərbaycan Milli Oyanış Hərəkatı və Milli Dirəniş Təşkilatının təmsilçiləri, çox sayda milli fəal iştirak edib.
Piketdə “Güney Azərbaycana müstəqillik!”, “İranda Türk dilində təhsil qadağasına son!”, “İranda yalnız farslar yaşamır!”, “İran yalnız farslardan ibarət deyil!” və başqa şüarlar səsləndirilib.