Gülər Əhmədovanın həyat yoldaşı : “Onların sifətlərinin maskası çıxarıldı”
04 mart 2013 22:49 (UTC +04:00)

Gülər Əhmədovanın həyat yoldaşı : “Onların sifətlərinin maskası çıxarıldı”

“Bizim əmlakımızdan eninə - boyuna yazanlara deməyim odur ki, adımıza çıxardıqları bütün əmlakı onlara bağışlayıram”. Bunu hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov moderator.az saytına müsahibəsində deyib.

 

F. Əhmədov bildirib ki,  Gülər Əhmədovanın əmlakının siyahıya alınması barədə mətbuatda gedən məlumatlar həqiqətə uyğun deyil: “Gülər Əhmədova hazırda təqsirləndirilən şəxs qismində dindirilir. Əmlakın siyahıya alınması isə o vaxt aparılır ki, təqsirləndirilən şəxsin cinayət əməli sübuta yetirilir və əmlakın müsadirəsinə ehtiyac duyulduğu barədə məhkəmə qərar çıxarır”.

 

F. Əhmədov oğlu Toğrulun hərbi xidmətdə sürücü kimi fəaliyyət göstərmədiyini də bildirib: “Öz hərbi hissəsində hərbi xidmətini davam etdirir, heç kimin də sürücüsü deyil. Heç vaxt da sürücü olmayıb, indi də sürücülük etmək fikrində də deyil. Oğlum ali təhsillidir. İnşallah bir il hərbi xidmətini başqaları kimi başa vurub geri qayıdacaq”.

 

İkinci oğlunun Avropada təhsil aldığını deyən F. Əhmədov onun da ölkəyə qayıdanda əsgərliyini çəkəcəyini qeyd edib.

 

Həyat yoldaşı G. Əhmədovanın deputat mandatının ləğvindən sonra onlardan üz çevirən dostlarından da şikayətlənib: “Gülər xanım deyir ki, hərdən içimdən Elşad Abdullayevə qəribə minnətdarlıq hissi keçir ki, dostumuzla düşmənimizi bizə tanıtdı. İllərlə bizimlə bir süfrə arxasında oturub Gülər Əhmədovadan həm maddi, həm mənəvi dəstək alan insanlar elə bil birdən – birə yoxa çıxdılar. İnsan da bu qədər unutqan ola bilərmi? İllərlə kəsdiyi duz – çörəyi günün içərisində heçə saymaq, o insanı tanımamış kimi davranmaq bəzi insanlar üçün nə qədər də asan imiş. Sanki Gülər xanımın xəstəliklə və şantajla üz – üzə qaldığı o ağır günlərində telefonla da olsa bir kəlmə ilə əhvalını soruşsaydılar bu insanları çarmıxa çəkəcəkdilər. Sözün açığı, bəlkə də Elşad Abdullayevin bu videosu olmasaydı, biz bu insanların əsl simasını tanıya bilməzdik. Elə bil bu hadisələrdən sonra onların sifətlərinin maskası çıxarıldı. Bizə də onların necə dost olduqları bəlli oldu”.

 

F. Əhmədov deyib ki, fevralın 13-dən sonra onların mənzilində və bağ evində axtarış aparılıb: “ Ailəyə məxsus bütün kompüterlər, telefonlar, audio – video kasetlər, hətta uşağın multfilm diskləri götürüldü. Bundan başqa, evdə Gülər xanıma məxsus bütün kosmetikanı, dərmanları, hətta şampuna qədər götürüb apardılar”.

 

F. Əhmədov qeyd edib ki, onlar azyaşlı övladlarına anasının məzuniyyətdə olduğunu deyiblər. O, oğlunun yaxın qohumlarından birinin evində qaldığını da qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2561
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21