Gülər Əhmədova psixotrop dərmanlar qəbul edib
18 mart 2013 18:56 (UTC +04:00)

Gülər Əhmədova psixotrop dərmanlar qəbul edib

Bir müddət əvvəl həbs olunun və Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq deputat Gülər Əhmədovanın səhhətində irəliləyiş müşahidə edilmir. Bu barədə Lent.az-a G.Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib. Vəkil bildirib ki, sabiq deputat müalicə olunur: “Gülər xanım çox ağır sarsıntılar keçirib. Buna görə də bədəni müalicələri qəbul eləmir. Təzyiqi düşmür. Həkim gəlib kamerada iynə vurur, dərmanlarını qəbul edir, amma səhhətində irəliləyiş hələ də müşahidə edilmir. Mən hər dəfə görüşə gedəndə başı sarıqlı halda gəlir. Beynində-başında ciddi ağrılar var”.

 

R.Mustafayev Lent.az-a onu da bildirib ki, məlum hadisələrdən sonra Gülər Əhmədovanın səhhətində yaranmış problemləri aradan qaldırmaq üçün psixiatr ona prsixotrop dərman preparatları yazıb və Gülər Əhmədova həmin müalicəni qəbul edib. Lakin həbs edildikdən sonra G.Əhmədovanın həmin psixotrolp dərman preparatlarını qəbul etməsi dayanıb. Daha doğrusu, həmin dərmanların cəzaçəkmə müəssisəsinə keçirilməsi qadağan edildikdən bu, mümkün deyil. Bu səbəbdən də sabiq deputatın ağrılarını kəsmək xeyli çətinləşib.

 

Qeyd edək ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Belə ki, G.Əhmədova Elşad Abdullayevin yaydığı videolardan sonra deputat mandatından imtina edib.

# 3506
avatar

Nizam Rza

Oxşar yazılar

Sumqayıtda DƏHŞƏT:  ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

Sumqayıtda DƏHŞƏT: ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

21 may 2024 , 23:00
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

21 may 2024 , 22:39
Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

21 may 2024 , 21:09
Sumqayıtda fəhlə iş zamanı öldü

Sumqayıtda fəhlə iş zamanı öldü

21 may 2024 , 20:14
Bakıdan babasıgilə qonaq gedən  uşaq öldü

Bakıdan babasıgilə qonaq gedən uşaq öldü

21 may 2024 , 19:52
Bakıda gənc oğlan  özünü asdı

Bakıda gənc oğlan özünü asdı

21 may 2024 , 19:49
Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36
Azərbaycanda tələbə   yol qəzasında öldü

Azərbaycanda tələbə yol qəzasında öldü

21 may 2024 , 17:28