"Güclü külək bəzi şəhərətrafı ərazilərdə qumu havaya qaldıraraq toz dumanı yaradıb".
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun dediyinə görə, həmin ərazidəki yollarda görünüşlə bağlı çətinliklər yaranıb.
"Əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edirik", - deyə U.Tağıyeva bildirib.