Gözəllik salonundan pul oğurlayan qadın tutuldu
16 dekabr 2014 06:55 (UTC +04:00)

Gözəllik salonundan pul oğurlayan qadın tutuldu

0

Xətai polisi gözəllik salonundan pul oğurlayan şəxsi saxlayıb. Lent.az-ın  məlumatına görə, vətəndaş Gülbacı Əliyeva Xətai Rayon Polis İdarəsinə müraciət edərək onun çantasından 1500 manat pulun itdiyini bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, vətəndaşa zərər yetirən məhz həmin gözəllik salonuna satış məqsədi ilə saç boyaları gətirən 31 yaşlı Günay Məmmədovadır.

 

Saxlanılan Günay Məmmədova  oğurluğu ehtiyacı səbəbindən etdiyini söyləyib.  Qeyd edək ki, 2 uşaq anası olan Günayın əvvəllər məhkumluğu olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 177-oğurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Fərahim Qasımov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar