Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, axtarış tədbirləri nəticəsində avqustun 21-də Bakı şəhər sakini Şöhrət Mürsəlova məxsus gözəllik salonundan 400 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Nuhan Gülümcanov tutulub.
Bundan başqa, Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 23-də Bakı şəhər sakinləri Ruslan Səfərova və Rəşad Cabbarova məxsus mobil telefonları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Elşad İsayev də tutulub.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 19-da rayon sakinləri Vicay Babayevə və Esmiralda Nuriyevaya məxsus qaz sayğaclarını oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini Sənan Abbasov ələ keçib.
Bakı şəhər sakini Röyal Rzayev isə Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 19-da rayon sakini Seymur Nəzərova məxsus mağazadan 750 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilindiyi üçün saxlanılıb.