Göygöldə ikimərtəbəli ev yanıb
06 fevral 2016 10:07 (UTC +04:00)

Göygöldə ikimərtəbəli ev yanıb

0

Göygöl rayonunda ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəhriyar kəndində vətəndaşa məxsus ümumi sahəsi 171 kv.m olan ikimərtəbəli 3 otaq, aynabənddən ibarət evin yanar konstruksiyaları, damına yığılmış 5 ton ot bağlamasının 3 tonu və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 91 kv.m olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 46 kv.m sahədə, damına yığılmış 2 ton ot bağlamasının 1 tonu yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 08:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar