Göygöldə 23 yaşlı oğlan bıçaqlanıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl şəhərində baş verib.
Rayon sakini, 1984-cü il təvəllüdlü Ruslan İlqar oğlu Qənbərov mübahisə etdiyi həmyerlisi, 1992-ci il təvəllüdlü Səbuhi Mobil oğlu Əliyevi bıçaqlayıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən S. Əliyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.
R. Qənbərov könülü Göygöl rayon Polis Şöbəsinə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.