60 göyərçini oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakini saxlanılıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də Pərviz Ağayevə məxsus 60 göyərçini oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakini Seymur Xıdırov və Ağdam rayon sakini Ruslan Əzizov tutulublar.
Bundan başqa, Baş Cinayət Axtarışı İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də ABŞ vətəndaşı Jagob Cüillette Paulanın 150 manat pulunu və sənədini quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ümid Abbasov, Vüsal Allahverdiyev və Şərur rayon sakini Nizami Əhmədov da saxlanılıb.
İyulun 20-də Bakı şəhər sakini Nicat Əhmədlinin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri Əliağa Abdullazadə və İsmayıl Qəhrəmanov isə Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçib.