Göyçayda üç maşın toqquşdu: 2 yaralı
28 may 2016 00:08 (UTC +04:00)

Göyçayda üç maşın toqquşdu: 2 yaralı

0

Göyçay rayonunda 3 minik avtomobili toqquşub, xəsarət alanlar var.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə mayın 27-də axşam saat 21:30 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.

 

“VAZ 2106”, “VAZ 2107” və “QAZ 2410” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Cəyirli kənd sakini, 1979-cu il təvəllüdlü Babayev Ramin Bahəddin oğlu və Göyçay şəhər sakini, 1962-ci il təvəllüdlü Hacıyev Soltan Ağaəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

      

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar