Göyçayda su kanalı dağılıb
06 iyun 2019 19:24 (UTC +04:00)

Göyçayda su kanalı dağılıb

Göyçayda beton su arxı dağılıb, iki kənd susuz qalıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə rayonun Çərəkə kəndi ərazisindən keçən beton R-8 arxı dağıldığı üçün onun suyu hazırda Qazyan arxına tökülür.
 
Nəticədə Göyçayın Çərəkə və Ucarın Rəstəcə kəndlərində yaşayan əhali əkin sahələrini suvarmaq üçün çətinliklə üzləşiblər. Göyçay Suvarma Sistemləri İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, mütəxəssislər dağılan arxa baxış keçirib. Sabah beton arxda təmir-bərpa işləri görüləcək və problem öz həllini tapacaq. Qeyd edilib ki, beton R-8 arxı Qazyan arxının bir qoludur. Göyçay və Ucarın 15-ə yaxın kəndini suvarma suyu ilə təmin edən bu iki arx bir neçə yerdə ayrılır və birləşir, hətta asma beton ötürücü vasitəsilə bir-birinin üzərindən keçir.
 
Hazırda digər kəndlər su ilə təmin olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709
avatar

Oxşar yazılar