Göyçayda qonaq kanala düşərək ölüb - YENİLƏNİB
19 oktyabr 2013 11:00 (UTC +04:00)

Göyçayda qonaq kanala düşərək ölüb - YENİLƏNİB

Oktyabrın 18-də Göyçay rayonuna qonaq gələn Bakı sakini su kanalına düşərək boğulub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini 1946-cı il təvəllüdlü Kamil Qəhrəmanov Göyçayın Cəyirli kənd sakini, yenicə qohum olduğu qudası Ağmusa İsmayılovun ailəsinə qonaq gəlib. Gəzinti üçün bu gün səhər saat 12:00 radələrində Yuxarı Şirvan kanalının kənarına çıxan K.Qəhrəmanov suya düşüb.

 

Məlumata görə, 67 yaşlı kişi rayonun Potu kəndi ərazisində nar yedikdən sonra su ilə əlini yumaq üçün kanalın kənarına düşmək istəyib və ehtiyatsızlıq etdiyindən ayağı sürüşərək kanala düşüb.

      

Qohumlar və hadisə şahidləri dərhal FHN-nin “112” qaynar telefon xəttinə müraciət edib. Hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir şəhərindəki “Aran” dalğıc qrupu cəlb olunub. Xilasediclər tərəfindən həmin şəxsin meyitinin tapılması istiqamətində bu gün axşamadək həyata keçirilən axtarışlar nəticəsiz qalıb. Sabah su kanalında axtarış işləri davam etdiriləcək.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1286
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21