Göyçayda canavarlar qoyun sürüsünə hücum etdi
18 yanvar 2016 19:45 (UTC +04:00)

Göyçayda canavarlar qoyun sürüsünə hücum etdi

Göyçay rayonunda qoyun sürüsü canavar hücumuna məruz qalıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Ləkçiplaq kəndində qeydə alınıb.

 

Kənd sakinlərinə məxsus qoyunlar otlaq sahəsində olarkən qəflətən canavarların hücumuna məruz qalıb. Qoyun sürüsünə nəzarət edən şəxs hadisədən gec xəbər tutduğu üçün canavarlar 7 nəfərə məxsus 15 baş qoyuna ağır xəsarət yetiriblər. Hələ ki, tələfat olmasa da, yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülüb, onlar quduzluğa qarşı müalicə olunur.

 

Kənd sakinləri qış aylarında vəhşi heyvanların tez-tez kəndə hücum edərək qoyunlara və ev quşlarına ziyan vurduğunu deyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160
avatar

Oxşar yazılar