APA-nın məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində yolun 210-cu kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb.
Göyçay rayon sakini 1962-ci il təvəllüdlü Xalidə Dadaş qızı Məmmədova 10-UP-436 dövlət nömrə nişanlı «Kia» markalı minik maşını ilə yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü X.Məmmədova, sərnişin 1984-cü il təvəllüdlü Günel Heybət qızı Nəcəfova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Digər sərnişin, sürücünün bacısı olan 1957-ci il təvəllüdlü Zeynəb Dadaş qızı Mehdiyeva aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Maşında olan 3 azyaşlı uşaqdan biri də yüngül xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.