Göyçayda “Qaz” yandı
18 iyun 2016 22:38 (UTC +04:00)

Göyçayda “Qaz” yandı

0

Göyçayda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın  rayonun Yekəxana kəndində baş verib. Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılmış 5 ton ot bağlaması və yaxınlıqda dayanmış “Qaz” markalı minik avtomobili yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar