Göyçayda 6 otaqlı ev yandı
22 may 2016 22:41 (UTC +04:00)

Göyçayda 6 otaqlı ev yandı

0

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saat 20:30 radələrində rayonun Ləkçiplaq  kəndində qeydə alınıb. Kənd sakini 1979-cu il təvəllüdlü İbrahimov Ramil Sahib oğluna məxsus ümumi sahəsi 210 kvadratmetr olan ikimərtəbəli, 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən  avtomobili və canlı qüvvəsi cəlb olunub.

 

Hadisə zamanı evin 48 kvadratmetrlik hissəsi içərisindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Mənzilin qalan hissəsi yanğından Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum  deyil. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar