<span style="color:red;">Goranboyda dəhşət : Təcili yardıma gələn tibb bacısına 17 bıçaq vurdu
05 aprel 2015 00:32 (UTC +04:00)

Goranboyda dəhşət: Təcili yardıma gələn tibb bacısına 17 bıçaq vurdu

Xəstəyə yardıma gedən təcii tibbi yardım heyəti özü yardıma möhtac qalıb.

 

 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, xəstə tərəfindən tibb bacısına 17, təcili tibbi yardım maşınının sürücüsünə 2 bıçaq zərbəsi vurulub. Ağır vəziyyətdə olan tibb bacısını da xəstəxanaya xəsarət alan sürücü çatdırmalı oldu.

 

 

Səhər saatlarında Goranboyun Səfikürd kəndinə xəstə yaxınlarının çağırışına gedən tibbi yardım briqadası gözləmədikləri vəziyyətlə üzü üzə qalıb. Səfikürd kənd sakini Ramin Çıraqov yardıma gələnləri bıçaqla qarşılayıb. Əvvəlcə təcili tibbi yardım maşınının sürücüsü Novruz Məmmədovun üz və boyun nahiyəsinə bıçaq vuran Ramin daha sonra avtomobilin içərisində əyləşən tibb bacısına hücum edib. Avtomobilin içərisində tibb bacısı Əminə Cabbariyə 17 bıçaq zərbəsi vurub.

 

 

Yaralı sürücü Novruz Məmmədov deyib ki, o, R. Çıraqovun əlindən çıxıb qaça bilib: “Sonra tibb bacısını lap pis vəziyyətə qoydu. Tibb bacısı maşındaydı, maşından düşməyə heç imkan vermədi. Mən də qan axa-axa başıma məhrabanı, bir əlimlə də rulu tutub gəldim xəstəxananın qabağına. Bura çatanda huşumu itirdim”.

 

Goranboy rayon xəstəxanasından 61 yaşlı Əminə Cabbarinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən Ramin Çıraqov artıq polis tərəfindən saxlanılıb. Rayon polis şöbəsindən 34 yaşlı Ramin Çıraqovun kənd məktəbində informatika müəllimi olduğunu və 2 il öncə ruhi əsəb sarıntısı keçirdiyini dedilər.

 

Müstəntiq Zülfüqar Süleymanovun sözlərinə görə, gecə saatlarında həmin xəstədə yenidən problemlər yaranıb: "Bu səbəbdən də yaşadığı evdə ailə üzvüləri ilə ailə məişət münaqişəsi zəminində mübahisə olmuş. Həmin mübahisədən sonra valideynləri Goranboy rayon təcili tibbi yardım şöbəsinə müraciət edib və nəticədə hadisə baş verib”.

 

Goranboy rayon polis şöbəsindən onu da bildirdilər ki, Ramin Çıraqov artıq Gəncə şəhər ruhi əsəb dispanserinə göndərilib. Hazırda faktla bağlı araşdırma aparıır.

o:p>

 

*** 

04.04.2015/ 20:43

Göranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Goranboy rayonunun Səfikürd kənd sakini, 1982-ci il təvəllüdlü Çıraqov Ramin Şəmsəddin oğlu 2 nəfəri bıçaqlayıb.

 

Məlumata əsasən, ailə üzvləri R. Çıraqova təcili yardım çağırıblar. Buna etiraz olaraq R. Çıraqov həkim 1954-cü il təvəllüdlü  Cabbarova Əminə Əli qızı və sürücü, 1954-cü il təvəllüdlü Məmmədov Novruz Əli oğluna  bıçaq xəsarətləri yetirib. Yaralananlar Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Goranboy rayon polis şöbəsindən verilən məlumata görə, Ramin Çıraqov psixi xəstəlikdən əziyyət çəkir. Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 116
avatar

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19