Goranboy sakini tanışı tərəfindən xəstəxanalıq edildi
31 may 2017 07:50 (UTC +04:00)

Goranboy sakini tanışı tərəfindən xəstəxanalıq edildi

0

Goranboyda döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Goranboy şəhər sakini 1977-ci il təvəllüdlü Ramil Əhmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. R. Əhmədov tanıdığı şəxs tərəfindən döyüldüyünü deyib.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar