Goranboy sakini damdan yıxılıb xəsarət aldı
19 may 2016 07:42 (UTC +04:00)

Goranboy sakini damdan yıxılıb xəsarət aldı

0

Goranboy rayon sakini damdan yıxılıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Dəliməmmədli  şəhərində qeydə alınıb.

 

Şəhər sakini, 1983-cü il təvəllüdlü Elmir Bağırov döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

 

Yaxınlarının deməsinə görə E. Bağırov yaşadığı evin damında iş görərkən ehtiyatsızlıq nəticəsində ordan yerə düşüb və xəsarət alıb

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar