Gömrükçülər şübhəli dərman preparatları aşkar ediblər
14 sentyabr 2016 12:33 (UTC +04:00)

Gömrükçülər şübhəli dərman preparatları aşkar ediblər

0

 

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının əl yükünə gömrük baxışı keçirilib.

 

 

Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baxış zamanı həmin yükün içərisindəki polietilen paketdə, əvvəlcədən gömrük orqanlarına bəyan edilməmiş vəziyyətdə - 350 kapsul “Tramadol” 200 mq və 30 həb “Tramadol” 150 mq adlı dərman preparatları aşkar edilərək götürülüb.

 

Məlumat üçün bildiririk ki, “Tramadol” adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 201

Oxşar yazılar