Gömrükçülər 14 min qanunsuz siqaret aşkarladı
18 may 2016 11:59 (UTC +04:00)

Gömrükçülər 14 min qanunsuz siqaret aşkarladı

0

Tovuz Gömrük  İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Tovuz rayon sakininin idarə etdiyi “Nissan x-trail” markalı nəqliyyat vasitəsinə baxış keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, tütün  məmulatlarının axtarışı üzrə "Belıy" ləqəbli kinoloji xidmət itin avtomobilin qapılarına verdiyi reaksiya əsasında nəqliyyat vasitəsinin qapılarının içliyi sökülüb və nəticədə avtomobilin qapılarının içərisindən gömrük nəzarətindən gizlədilən 14 000 ədəd müxtəlif markalı siqaret aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar