Gömrükçülər İrandan gətirilən narkotik vasitəni aşkar edib
17 may 2016 11:17 (UTC +04:00)

Gömrükçülər İrandan gətirilən narkotik vasitəni aşkar edib

0

Biləsuvar Gömrük İdarəsinin  Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə “Chery A15” markalı minik avtomobilində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriləcəyi barədə əməliyyat məlumat daxil olub. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, idarənin “Qoşa Təpə” gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Chery A15” markalı avtomobilə “Sem” ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

 

Baxış zamanı xidməti it avtomobilin salonunda ön panelin orta hissəsinə reaksiya verib. Beləcə, avtomobilin ön panelinin orta hissəsində yerləşən havalandırma sisteminin hava axını qurğusu  sökülərək oraya  baxış keçirilib və qurğunun üst tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdan, gömrük nəzarətindən gizlədilmiş, 9 ədəd şəffaf selofanlı bükümlərdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 709 qram olan  narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar