İrandan gələn Azərbaycan vətəndaşlarında heroin aşkarlandı
25 iyul 2016 12:46 (UTC +04:00)

İrandan gələn Azərbaycan vətəndaşlarında heroin aşkarlandı

0

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin və Astara sərhəd nəzarət məntəqəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından piyada yolla gələn 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq qanunvericiliyin tələblərinə müvafiq qaydada onların üzərində şəxsi yoxlama aparılıb.

 

Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi  məlumata görə, yoxlama zamanı həmin şəxslərdən birinin daxili orqanından 1 ədəd bükümdə xalis çəkisi 9.606 qram, digərindən isə 2 bükümdə xalis çəkisi 83.418 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar