İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətinə təqdim olunmayan əşyanı gizlətməyə cəhd edib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, həmin vətəndaş gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib, monitorda metal dəyənəyin təsvirləri əks olunduğuna görə müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi yoxlama zamanı sərnişinə məxsus çamadanda olan şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan, gümüşü rəngli metaldan hazırlanmış 1 ədəd dəyənək aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar

Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27
Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45
“Bir balıq tuta bilmədin” deyib döydü, dənizə atdı
2 iyul 2025 , 16:18
Şabranda dağ yanır
2 iyul 2025 , 16:14
Tağı İbrahimovun mebel sexindəki dəhşətli yanğınla bağlı məhkəmədə zərərçəkənlər ifadə verdi
2 iyul 2025 , 16:09
Sankt-Peterburqda azərbaycanlı iş adamı saxlanıldı -VİDEO
2 iyul 2025 , 15:53
Səfərov qardaşları posttravmatik şokdan vəfat edib - Müstəntiq -YENİLƏNİB
2 iyul 2025 , 10:57