740 qram qızılla ilişdi
14 iyul 2015 17:26 (UTC +04:00)

740 qram qızılla ilişdi

0

İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Samir Axundova məxsus yüklər gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda zərgərlik məmulatlarının təsvirləri görünüb. Lent.az-ın Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə,  DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan yüklərə - çanta və sellofan paketin içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə, S.Axundova məxsus çantanın və sellofan paketin içərisindən ümumi çəkisi 742,59 qram olan və 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatları aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar