General İlqar Qasımov vəfat edib  - YENİLƏNİB
15 may 2017 12:16 (UTC +04:00)

General İlqar Qasımov vəfat edib - YENİLƏNİB

 

Qohumlarının bildirdiyinə görə, ürək ağrılarından əziyyət çəkən İ. Qasımov bir müddət əvvəl Gürcüstanda açıq ürək əməliyyatı keçirib.

 

 

APA-nın xəbərinə görə, əslən Sabirabad rayonundan olan İlqar Qasımov 1961-ci ildə Bakıda anadan olub. Uzun müddət Rusiyanın ədliyyə orqanlarında çalışıb. İki övladı - bir oğlu, bir qızı var. Mərhumun vaxtilə məşhur teleaparıcı Nərgiz Cəlilova ilə evli olduğu bildirilir.

 

***

 

11:51

 

“Azərbaycan Yolu” Siyasi Hərəkatının sədri İlqar Qasımov vəfat edib. Lent.az-ın məlumatına görə, Rusiya ədliyyə orqanlarının generalı kimi tanınmış mərhum doğulduğu Sabirabad rayonunda, şəhər qəbiristanlığında dəfn edilib.
İlqar Qasımov vaxtıyla Azərbaycanda fəal siyasətlə məşğul olub.

Sabirabaddakı mənbələrin məlumatına görə, bu gün onun 3 mərasimidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 319

Oxşar yazılar