Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzində “Motivasiya” adlı təlim keçirib. Lent.az-ın məlumatına görə, 50-dən artıq gəncin iştirak etdiyi təlim real həyatımızın “Swot” analizi, şəxsi və peşəkar həyatda güclü və zəif tərəflər, imkanlar və təhlükəli məqamların təyini, təhlili, baş verən hadisələrə sistemli yanaşma analizi, həyatımızda zaman faktorunun əsas rolu: “time management”, peşəkar həyatın ana xətti sayılan “stressə, depresiyaya düşməməyin və daima pozitivliyi qoruyub saxlamağın” əsas şərtləri və digər mövzulara həsr edilib.
DANİB sədri Elməddin Behbud 15 ilə yaxın müddətdə davamlı olaraq fəaliyyət göstərən təşkilatın gənclərin insan hüquqları, milli mənəvi dəyərlər, tarix, zərərli vərdişlrə qarşı mübarizə, yerli özünüidarəetmə və digər sahələrdə maarifləndirilməsi üçün onlarla layihə, tədbir keçirdiyini və hazırdada çalışmalarının istər Bakıda, istərsədə regionlarda uğurla davam etdirildiyini vurğulayıb. Ölkəmizdə milli donor institutlarının yaradılması QHT-lərin kənar təsirlər olmadan, müstəqil şəkildə inkişafı üçün böyük önəm daşıyır. E. Behbud qarşıdakı dövrdə 2016-2020-ci illəri əhatə edəcək “Azərbaycan gəncliyi” Dövlət Proqramının da qəbul ediləcəyini gözlədiklərini qeyd edib.