Gəncədə oğul atasının obyektində cinayət törətdi
13 dekabr 2014 16:18 (UTC +04:00)

Gəncədə oğul atasının obyektində cinayət törətdi

0

Gəncədə oğurluq hadisəsi baş verib.

 

Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 54 yaşlı Oktay Məmmədov polisə müraciət edərək bildirib ki, oğlu 1988-ci il təvəllüdlü Samir Məmmədov onun icarəyə götürüb işlətdiyi köşkün pəncərəsini sındırıb içəriyə daxil olaraq oradan 4300 manat dəyərində müxtəlif adlı siqaretlər, müxtəlif çeşidli içkilər və 30 manat dəyərində qəpik pullar aparıb.

 

Samir Məmmədovun yerinin müəyyən edilməsi istiqamətində Nizami rayon Polis İdarəsində əməliyyat tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, oğurluq edən şəxs O. Məmmədovun oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 207

Oxşar yazılar