Gəncədə üç maşın toqquşdu: 2 yaralı
25 iyul 2016 00:26 (UTC +04:00)

Gəncədə üç maşın toqquşdu: 2 yaralı

0

Gəncədə zəncirvarı yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyulun 24-də şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

 

“VAZ 2107”, “Mercedes” markal minik avtomobili və “Mercedes” markal mikroavtobusun toqquşması nəticəsində “VAZ”-da olan 2 qadın müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. 1989-cu il təvəllüdlü Şəhla Məmmədovanın vəziyyətinin orta ağır olduğu bildirilir. Digər qadına ilkin tibbi yardım göstərilib, o, ambulator müalicə almaq üçün evə buraxılıb

 

Faktla abağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 447

Oxşar yazılar