Gəncədə tələbə bıçaqlandı
25 fevral 2016 00:48 (UTC +04:00)

Gəncədə tələbə bıçaqlandı

0

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Göyçay rayon sakini, 1998-ci il təvəllüdlü Samir Mahmudov  sifətin, sol saytın və döş qəfəsinin daxilə keçməyən kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Dərhal əməliyyat edilən yaralının vəziyyəti normal qiymətləndirilir. S. Mahmudov Azərbaycan Texnologiya Universitetinin tələbəsidir. Məlumata görə о, kirayə qaldığı ərazidə bıçaqlanıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar