Gəncədə qəza: 5 yaralı var
16 mart 2015 00:41 (UTC +04:00)

Gəncədə qəza: 5 yaralı var

0

Gəncədə ağır yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun məlumatına görə, hadisə martın 15-də axşam saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

 

“Opel” markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində “Opel”dəki sərnişini, Şəmkir rayon Qaracəmilli kənd sakinləri, 1974-cü il təvəllüdlü Akif Kazımov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Elnarə Əliyeva, qayınanası 1952-ci il təvəllüdlü Elza Fətullayeva və Akif Kazımovun azyaşlı oğlu, 2005-ci il təvəllüdlü Sərxan Kazımov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qəza zamanı “Mercedes” də olan sərnişin, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Tubu Rzayevada bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar