Gəncədə 23 yaşlı gənc bıçaqlanıb.
Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, Nəriman Nərimanov prospektində yaşayan, 1991-ci il təvəllüdlü Məmmədov Sirac Yasin oğlu bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal əməliyyat edilən gəncin vəziyyəti orta ağır qiymətləndirilir. Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.