Gəncədə maşın piyadanı öldürdü  - YENİLƏNİB
18 fevral 2016 23:56 (UTC +04:00)

Gəncədə maşın piyadanı öldürdü - YENİLƏNİB

0

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində, Gəncə-Göygöl avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən 1992-ci təvəllüdlü Rəcəbli Tural Yaşar oğlunu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Açıq kəllə-beyin travması, hər iki aşağı ətraf sümüklərinin sınığı xəsarəti alan T. Rəcəbli reanimasiya şöbəsinə yerləşdirilib.

 

Həkimlərin səylərinə baxmayaraq, T. Rəcəblini xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar