Gəncədə maşın 10 yaşlı qızı vurdu
06 oktyabr 2014 20:18 (UTC +04:00)

Gəncədə maşın 10 yaşlı qızı vurdu

0

APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şəddadilər küçəsində qeydə alınıb.

 

Şəhər sakini, 60 yaşlı Fəxrəddin Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə küçə ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 10 yaşlı Gülnur Əsgərovanı vurub. Yaralı dərhal sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

 

Xəstəxanadan yaralının vəziyyətinin orta ağır olduğunu bildirirlər. İlkin ehtimallara görə, qəzaya səbəb piyadanın ehtiyatsızlığı olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 879

Oxşar yazılar