Gəncədə yaşayış evindən 35 min dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Sadıllı qəsəbə sakini, 1956-cı il təvəllüdlü Eldəniz Əliməmmədov Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, nəvələrinin kiçik toyu olan gün naməlum şəxslər onların yaşadıqları evin qapısını aşaraq mənzildən 35 min manat dəyərində qızıl-zinət əşyaları aparıblar.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.