Gəncədə yaşayış evindən 4600 manat pul və qızıl zinət əşyaları oğurlanıb. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Zöhrab Hüseynov idarəyə müraciət edərək bildirib ki, yaşadığı mənzildə qızıl zinət əşyaları və 4 min 600 manat pul naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Evə baxış keçirən polis əməkdaşları heç bir dağıntı və sındırma izlərinə rast gəlməyiblər.
Faktla bağlı cinayət işi açılıb, oğurluq edənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.