Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Təbriz küçəsi ilə Nigar Rəfibəyli küçələrinin kəsişməsində baş verib.
Gəncə şəhər sakini, 32 yaşlı Orxan Vəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilli, 27 yaşlı Elçin Babayevin idarə etdiyi “VAZ 21011” markalı avtomobil toqquşub. Sürətlə hərəkət edən “Mercedes” sonra yolun kənarı ilə hərəkət edən, 48 yaşlı Gəncə şəhər sakini Mehriban Həsənovaya dəyib. Qadın müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.