Gəncədə avtomobil yandı
19 yanvar 2016 19:33 (UTC +04:00)

Gəncədə avtomobil yandı

0

Bu gün Gəncə şəhəri, Kəpəz rayonunda avtomobil yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus “AUDİ” markalı minik avtomobilinin mühərrik hissəsi və təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

Göygöl rayonunun Quşçu kəndində isə vətəndaşa məxsus həyətyanı sahədə 12 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar